Şəfəqə Doğru » Manşet » "Biz artıq İran geyimində, İran dəbilqəsində meyitlər aşkar edirik..."-Ukrayna rəsmisi

"Biz artıq İran geyimində, İran dəbilqəsində meyitlər aşkar edirik..."-Ukrayna rəsmisi

"Biz artıq İran geyimində, İran dəbilqəsində meyitlər aşkar edirik..."-Ukrayna rəsmisi

İran Rusiyanı yalnız silahla deyil, digər məhsullarla da təmin edir və onlar başqa şeylərlə yanaşı, Ukraynaya qarşı müharibəyə səfərbər olan ruslara da göndərilir.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Ukrayna prezident ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç "GORDON" nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində danışıb.
 
"Səfərbərlik davam edir. Bu, bir mifdir ki, o bitib. İnsanları döyüşməyə sürükləyirlər. Sadəcə, hay-küysüz. Çünki Putin bunu etmədiklərini açıqlayır, amma əslində ikinci dalğa hazırlayırlar. Və bir şəkildə onları silahlandıracaqlar. Amma biz artıq  səfərbər olmuşların İran geyimində, İran ləvazimatında, İran dəbilqəsində meyitlərini aşkar edirik. Lakin indi buna görə İranı şillələyirlər. Ona görə də, yəqin ki, haradasa onun qazını alacaqlar”, - deyə Arestoviç bildirib.
 
Arestoviç qeyd edib ki, Moskva Şimali Koreya və Çindən də nəsə almağa çalışır, "Heç olmasa, bir forma, bir şey verin"- deyirlər...