Rusiyanın Kaluqa vilayətində yerləşən hərbi hissələrdən birində “Yars” qitələrarası ballistik raketi atəş şaxtasına yerləşdirilib.
Shafaqadogru.com APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, raketin yüklənməsi xüsusi texnikanın köməyi ilə bir neçə saat ərzində həyata keçirilib.
Bildirilib ki, daha bir nüvə raketinin istifadəyə verilməsi Rusiyanın qarşısına qoyduğu istənilən strateji hədəflərə çatmasına şərait yaradacaq.
Həmçinin qeyd olunub ki, “Yars” Rusiya strateji raket kompleksi olub, başlığı ayrıla biləndir və “Topol-M” raket kompleksinin modifikasiya olunmuş versiyasıdır.