Şəfəqə Doğru » Manşet » Şəhid olan hərbçimiz dəfn edildi

Şəhid olan hərbçimiz dəfn edildi

Şəhid olan hərbçimiz dəfn edildi

Xəbər verdiyimiz kimi, dünən Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan gizir Hümbətov Zöhrab Məmməd oğlunun nəşi Tovuz rayon Aşağı Quşçu kəndinə gətirilib.

Şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları və rayon sakinləri iştirak ediblər. Vida mərasimindən sonra şəhid Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.Qeyd edək ki, 1984-cü il təvəllüdlü Z.Hümbətov 10 ildən çoxdur, hərbçi idi. O, 3 uşaq atası olub. 

Xatırladaq ki, Kəlbəcərdə ermənilərin basdırdığı minanın partlaması nəticəsində daha bir neçə hərbçi də xəsarət alıb.