Rusiya S-300-ləri Ukraynaya göndərdiyi üçün Yunanıstana sərt şəkildə xəbərdarlıq edib .
Shafaqadogru.com xəbər verir ki, Rusiyanın Kırımdakı səfiri Georgi Muradov Yunanıstanı S-300 ləri Ukraynaya verməməyə çağırıb.
Putinin Kırımdakı daimi nümayəndəsi Muradov bildirib ki, Yunanıstan hakimiyyətinin , S-300 yer- hava raket sistemini Ukraynaya vermək niyyəti Yunanıstanın milli maraqları üçün təhlükəlidir .
RİA Novostiyə açıqlamasında Muradov "Afinanın belə bir addımı təkcə Rusiyaya qarşı irrasional düşmənçilik nümayişi deyil, həm də öz milli maraqlarına doğru təhlükəli addım olardı" deyə bildirib .
Bu xəbərdarlığa səbəb isə Yunanıstanın Müdafiə naziri Nikos Panaqiotopoulosun yunan hökumətinin S-300 hava hücumundan müdafiə sistemini Kritdən Ukraynaya göndərməyə hazır olduqlarını bildirməsi olub.
Həmçinin Ukraynaya silah yardımının davam etməsi Rusiyanın nüvə zərbələri ilə bağlı hədələrini daha da artırıb.
Ukrayna rəsmiləri bildirirlər ki , Rusiya son hərbi ugursuzluqlarına baxmayaraq , yeni ildə böyük quru əməliyyatına hazırlaşır.