Şəfəqə Doğru » Manşet » Sahil Babayev: "Əmək müqavilələrinin ümumi məşğulluqda payı azdır"

Sahil Babayev: "Əmək müqavilələrinin ümumi məşğulluqda payı azdır"

Sahil Babayev: "Əmək müqavilələrinin ümumi məşğulluqda payı azdır"

"Son 4 ildə əmək müqavilələrinin sayında 400 mindən çox artım olub. Əldə edilən nailiyyətlər heç də son deyil".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
 
Nazirin sözlərinə görə, Azərbaycan çoxşaxəli məşğulluq siyasəti həyata keçirir: "Bu gün hələ bizim üçün bir çox çağırışlar var. Əmək müqavilələrinin ümumi məşğulluqda payı azdır, hədəflərimizdən geriyik. İxtisaslı işçi qüvvəsinin sayı azdır. Azərbaycanda hər il əmək bazarına yüz minlərlə gənc daxil olur. Onların aktual peşələrə cəlbi önəmlidir. Yeni məşğulluq proqramları irəli sürülməlidir".