Bakı, Sumqayıt və Gəncə şəhərlərində Azərbaycanın "AzFront" telegram-kanalının 170-dən çox abunəçisi ukraynalılara dəstək məqsədilə keçirilən ianə aksiyasında iştirak edib. Soydaşlarımız, demək olar ki, 40 min dollar toplayıb və bu pula 15 güclü generator alaraq onların Ukraynaya çatdırılması pulunu da ödəyiblər.
Ətraflı
Shafaqadogru.com xəbər verir ki, bu barədə Ukraynanın "5-ci kanal"ı məlumat yayıb.
Dekabrın 22-də yük Kiyevdə “Ukraynanın dirçəlişi” Xarkov xeyriyyə təşkilatının nümayəndələrinə təhvil verilib. Artıq Xarkov vilayətinin ən çox zərər çəkmiş yaşayış məntəqələrində generatorlar quraşdırılıb. Onlardan biri də Rusiyanın enerji infrastrukturuna zərbələri nəticəsində sakinləri işıqsız qalan Slatino kəndinin üç küçəsini istilik və işıqla təmin edir.
“Biz Azərbaycan xalqına və “AzFront” nəşrinə göstərdikləri qayğı və səmimi köməyə görə səmimi təşəkkürümüzü bildiririk”-Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz “Facebook” səhifəsində belə yazıb.
Sultan Laçın