"Belə fikir var ki, Lukaşenko və Putin bir-birinə nifrət edir..."
"Bəs haraya uçsun, onun uçmağa yeri qalıb ki?.."
"Putin Sovet İttifaqının 100 illiyinə İttifaq Dövlətinin formalaşmasını başa çatdırmağa cəhd edib, amma nəsə alınmayıb..."
"Ukrayna Rusiya ordusuna müqavimət göstərməsəydi, MDB ölkələrini fəlakət gözləyəcəkdi..."
"Çin birbaşa Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmir..."
Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da Minskə uçaraq Lukaşenko ilə görüşüb, iki ölkənin İttifaq Dövləti yaradılmasının başa çatmasını "möhkəmləndirmək" niyyətini güdüb.
Shafaqdogru.com Moderator.az-a isdiadən xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində 2014-2016-cı illərdə Ukraynanın baş naziri olmuş, "Xalq Cəbhəsi" partiyasının lideri Arseni Yatsenyuk bəyan edib.
Siyasətçi qeyd edib ki, bu, Putinin son üç ildə Belarusa ilk səfəri olub və əlavə edib: "Bəs haraya uçsun? Onun daha uçmağa yeri qalıb ki?".
Putinlə Lukaşenkonu rusiyalı biznesmen, Rusiya Federasiya Şurasının sabiq üzvü, Putinin sabiq dostu Sergey Puqaçov tanış edib. Puqaçovun məlumatına görə, İttifaq Dövlətinin yaradılması prosesi başlayanda (o zaman Rusiyanın prezidenti Boris Yeltsin olub), Lukaşenko bu dövlətin rəhbəri olmaq istəyib və Belarusu vilayətə çevirməyə hazır olub. Putin və Lukaşenkonun tanışlığı illərində onların bir-birinə qarşı nifrət hissi formalaşıb.
Bunu Qordon deyib, Yatsenyuk isə cavab verib ki, "bu iki şəxs bir-birini axmaq yerinə qoyur".
"Onlar bunu kifayət qədər uzun müddətdə edirlər. İnanın mənə, Putin yıxılarsa və Lukaşenkonun başına düşməzsə (çünki o, axı, özünü düşünür), Lukaşenko Putinin siyasi və fiziki məzarına ilk əklil qoyanlardan olacaq. Və o, tək olmayacaq. O, İttifaq Dövlətinin rəhbəri olmaq istəyibmi?
Bilirsiniz, bu kolxozçular hamısı hiyləgərdir. Mən onun Belarusda hakimiyyəti necə zəbt etməsi barədə müəyyən tarixi materiallara baxmışam. Əlbəttə, onun belə arzusu olub. Amma indi başqa cür yanaşmaq lazımdır. Putin Sovet İttifaqının yaradılmasının 100 illiyinə İttifaq Dövlətinin formalaşmasını başa çatdırmağa cəhd göstərib. Ona görə də ondan əl çəkmir. Amma nəsə alınmır", - Yatsenyuk əlavə edib.
O, hesab edir ki, Ukrayna fevralın 24-də Rusiya ordusuna müqavimət göstərməsəydi, İttifaq Dövləti "çoxdan formalaşacaq və onun rəhbəri dəqiq Lukaşenko olmayacaqdı".
"Və MDB adlanan qurumun bütün ölkələri üçün bunun nəticəsi fəlakətli olacaqdı", - o, vurğulayıb.
Daha sonra Yatsenyuk Medvedevin Çin səfərinə toxunub və qeyd edib ki, Moskvanın gözləntiləri özünü doğrultmayıb.
Görüşün yekunlarına dair press-relizdə Ukrayna barəsindəki abzasda Çinin Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməsi barədə bircə kəlmə də deyilməyib.
Orada deyilir ki, siyasi və diplomatik dialoq yolu ilə anlaşma axtarılmalıdır. Yəni onlar gözlədiklərini ala bilməyib", - Yatsenyuk qeyd edib.
Onun sözlərinə görə, Çin
"Rusiyanı birbaşa dəstəkləməyən mümkün sülhməramlı ölkə kimi" mövqedə dayanıb.
"Əgər fevralın 24-dən sonra Ukrayna qoşunları rusiyalıların tammiqyaslı hücumunu dəf etməsəydi, hər şey başqa cür olacaqdı. Yəni çinlilər oturub və müşahidə edib", - Yatsenyuk vurğulayıb.