Sabiq deputat Hacı Salayevə məxsus “Trust-S.S.” MMC-nin (VÖEN – 1300271661) dövlət büdcəsinə böyük həcmdə - 465 min 651 manat 30 qəpik vergi borcu var.
Yeniavaz.com xəbər verir ki, “Trust-S.S.” MMC 29.10.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Yasamal rayonu, Şəhriyar, ev 51, mərtəbə 6, m. 2”də yerləşən şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.
Qanuni təmsilçisi Eyvazov Azad Fərman oğlu olan “Trust-S.S.” MMC-yə daha əvvəl Hacı Salayevin özü rəhbərlik edib. Hacı Saleyev deputat olmazdan əvvəl SOCAR prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində də çalışıb.
2010 və 2015-ci illərdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputat seçilən Hacı Saleyev eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”ə bağlı “Az Kommunal Servis” ASC-nin (VÖEN – 1401752761) İdarə heyətinin sədri olub.
Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Hacı Saleyevin qardaşı - general-mayor Baba Salayev FHN Akademiyasınn rəisidir.