Şəfəqə Doğru » Manşet » Şəfəqə doşru qəzetinin baş redaktoru Neymət Novruzluya

Şəfəqə doşru qəzetinin baş redaktoru Neymət Novruzluya

Şəfəqə doşru qəzetinin baş redaktoru Neymət Novruzluya

                                  

 

 

 Qazax rayonunun Daş Salahlı kəndinin ağsaqqalları və ziyalıları tərəfindən 

                                                     Müraciət:

Bu günlərdə redaksiyamıza Qazax rayonunun daş salahlı kənd camaatı tərəfindən kütləvi imzalarla müraciət daxil olub.Müraciəti oxucularımıza təqdim edirik.

  Hörmətli  Neymət müəllim yazıb sizə bildiririk ki,bizim kənd 4 əsrə yaxındır ki,Avey dağının ətəyində məskunlaşıb.O səbəbdən məskunlaşıb ki, orada arası 200 metrə yaxın olan ,iki içməli su qaynağı var.Biri ölkəmizdə məşhur olan “Damcılı bulağı” ikincisi isə “Qara bulaq” .Adını çəkdiyimiz bu bulaqlar yalnız kəndin içməli su qaynağı olması ilə bitmir. Həmdə ,yayın qızmar günlərində nəinki ,kənd camaatının həm də, Qazax əhalisinin isti günlərdə dincəlmək guşəsidir.İnsanlarımız gedib həm günəçin qızmarından qorunaraq, çinarların kölgəsində sərinlənir, həm də, evə döndüyündə səhənglərini dolduraraq, evlərinə su gətirir.Kənd camaatı  zaman-zaman öz xərcləri hesabına o bulaqları göz bəbəyi kimi qorumuş,orada ağaclar əkmiş və yağışdan ,günəşdən qorunmaq üçün çöxlu sayda ölülərinin xatirəsinə bəzəkli köşklər belə tiktirmişdir. Lakin, bu son iki ildə yəni, pandemiya dövründən bəri Mədəniyyət nazirliyinin  Qazaxdakı Avey dağ qoruğunun rəhbərliyi tərəfindən bulaqaların ətrafı  metal  torla çəpərlənərək ,insanların oraya girişinə -çıxışına və gedib dincəlməsinə icazə verilmir.Camaatın müraciətinə isə,- bizlik deyil ,Mədəniyyət nazirliyi icazə vermir deyirlər.Pandemiya dövrü də keçdi .İndi hər yerdə insanların toplu şəkildə yığışmasına, dincəlməsinə icaze verilir.Daş Salahlı əhalisi bilmək isdəyir ki,bəs bu nazirliyin bizim kəndlə  qərəzliliyi nədir ki, tərəflərindən bizim bulaqlara bu yasaq qoyulub. 

  Hörmətli Neymət  müəllim !

 Sizdən çox xahiş edirik, əsrlərdir həyatımızın bir parçası olan bizim bulaqlardan bu qadağaların götürülməsi üçün , öz qəzetiniz vasitəsi ilə işıqlandıraraq,səsimizi  ölkə Prezidentinə və aidiyyatı  qurumlara çatdırasınız ki,bəlkə aidiyyatı qurumlar bu  məhrumiyətləri aradan qaldırıla. Əvəlcədən sizə təşəkgürümüzü bildiririk!

Faktla əlaqədar ,Daş Salahlı kəndində kənd əhalisi ilə görüşlər keçirdik və eyni fikirləri hər kəsdən eşitdik.Və özümüzə borc bildik ki , ətrafında çoxlu sayda böyük təşkilatlar  (şirkətlər) olan Akord sement zavodu ,Mətanət əhəngzavodu  ,Ata holdink ,Gil kambinatı və  çoxlu sayda daş karxanaları olan ,Daş Salahlı kəndinə Respublikanın Mədəniyyət naziriliyi  bu bulaqlara girişi niyə yasaqlayıb. Onuda qeyd edim ki , adı çəkilən şirkətlər  beleə öz işçilərinə içməli suyu oradan götürürlər və hətta bəzən bayram günlərində dincəlmək üçün,ora gedirlər.Redaksiyamız bütün bunları nəzərə alaraq , bu məqaləni yazmağı özünə borc bilir. Onu da bildiririk ki , eyni mövzuda Daş Salahlı kənd ağsaqqalları və ziyalıları ölkə Prezidentinə və Mədəniyyət Nazirliyinə kütləvi  imzalarla müraciət ünvanlamışdır.

Qarşı tərəfi dinləməyə hazırıq .

Neymət Novruzlu.