NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kristofer Kavoli Rusiyaya qarşı “sərt güc”dən istifadə etməyə çağırıb.
“Alyansın üzvləri bu həqiqəti dərk etməlidirlər: Sərt güc reallıqdır”, - deyə o bildirib.
ABŞ generalı qeyd edib ki, Ukraynadakı münaqişənin miqyası Şimali Atlantika Alyansının bütün son təsəvvürləri ilə müqayisə oluna bilməz. “Biz bununla mübarizə aparmalıyıq”, - deyə Kavoli bəyan edib.
O vurğulayıb ki, NATO-nun Rusiyaya qarşı müdafiədə prioriteti yumşaq güc diplomatiyası deyil, tanklar, artilleriya və bütün növ atəş gücünü idarə etmək bacarığı olmalıdır.