Şəfəqə Doğru » Manşet » İranda partlayış: üç bina dağıldı, qurbanlar var — FOTO/VİDEO

İranda partlayış: üç bina dağıldı, qurbanlar var — FOTO/VİDEO

İranda partlayış: üç bina dağıldı, qurbanlar var — FOTO/VİDEO

İranın Qərbi Azərbaycan əyalətində evdə partlayış baş verib. Nəticədə ev tamamilə dağılıb, yaxınlıqdakı iki yaşayış binasına isə 70 faiz zərər dəyib.


Hadisə nəticəsində ikisi uşaq, ikisi də qadın olmaqla ümumilikdə altı nəfər həlak olub. Onların hamısının bir ailənin üzvü olduğu deyilir.


Daha üç nəfər isə yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.


Qəzanın əsas səbəbi hələlik məlum deyil, araşdırma aparılır, lakin ekspertlərin fikrincə, binanın dağılma şəraiti bunun qaz partlayışı olduğunu göstərir.