Taxıl dəhlizində problemi həll edən ölkə Türkiyə olub.
Bunu gənclərlə görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Türkiyənin qlobal siyasətdəki yeri və mövqeyi çox fərqlidir.
“Amma işimiz bitməyib. Hamı Rusiyayanın üzərinə gedir, ancaq biz bunu etmədik. Əksinə, biz cənab Putinlə münasibətlərimizi əvvəlki qaydada saxladıq”, - deyə Ərdoğan bildirib.
Ərdoğan vurğulayıb ki, daşınan məhsulların 44 faizi Avropaya, 14 faizi isə Afrikaya göndərilib.