Xocavənd xəstəxanasında dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb.
Bu barədə HİT.az-a rayon prokurorluğundan məlumat verilib.
Belə ki, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində (PHŞ) baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı PHŞ-nin vəzifəli şəxslərinin 2020-2022-ci illlər ərzində xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.