Şəfəqə Doğru » Manşet » Nazirin öldüyü qəzada həlak olanların sayı 18-ə çatdı - YENİLƏNİB

Nazirin öldüyü qəzada həlak olanların sayı 18-ə çatdı - YENİLƏNİB

Nazirin öldüyü qəzada həlak olanların sayı 18-ə çatdı - YENİLƏNİB

Ukraynanın paytaxtı Kiyevdəki vertolyot qəzası zamanı ölənlərin sayı 18-ə çatıb.

 

Shafaqadogru.com "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, həmçinin 26 nəfər xəsarət alıb.

 

***

12:20

 

Ukraynanın paytaxtı Kiyevdəki vertolyot qəzası zamanı ölənlərin sayı 16-ya çatıb.

 

Shafaqadogru.com  Ukrayna mətbuatına istinadən xəbər verir ki, qəzada dövlət rəsmiləri də həlak olub.

 

Belə ki, Kiyev Polisinin yaydığı məlumata görə, Ukraynanın dövlət katibi, daxili işlər naziri Denis Monastırski və onun müavini Yevgeni Yenin də həyatını itirib.

 

 

Qəza nəticəsində həlak olanların 9-u vertolyotun göyərtəsində olub. Bildirilib ki, ölənlərdən 2-si uşaq olub.

 

Həmçinin 22 yaralı xəstəxanaya yerləşdirilib ki, onlardan da 10-u uşaqdır.

 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

 

 

***

11:56

 

Ukraynanın paytaxtı Kiyevdəki vertolyot qəzası zamanı 3 nəfər həlak olub.

 

Shafaqadogru.com  Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev Polisi məlumat yayıb.

 

Bildirilib ki, uşaq bağçasına vertolyot düşməsi və yaranan yanğın nəticəsində azı 3 nəfər həyatını itirib.

 

Hazırda araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, hadisə zamanı 5 nəfərin yaralandığı barədə də məlumat verilmişdi.

 

***

11:24

 

Ukraynanın paytaxtı Kiyevdəki vertolyot qəzası zamanı xəsarət alanlar olub.

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

 

Bildirilib ki, vertolyotun uşaq bağçasına düşməsi nəticəsində 5 nəfər yaralanıb. Ölənlərin də olduğu deyilir.

 

Kiyev vilayətinin hərbi administrasiya rəhbəri Oleksi Kuleba, həmçinin prezident Volodimir Zelenskinin ofisi faktı təsdiqləyib.

 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

***

11:08

 

Ukraynanın paytaxtı Kiyev ətrafındakı Brovar yaşayış məntəqəsində uşaq bağçalarından birində yanğın baş verib.

 

Shafaqadogru.com  "Unian"a istinadən xəbər verir ki, hadisə əraziyə uçan obyektin düşməsi nəticəsində olub.

 

Daha sonra məlum olub ki, bağçaya düşən vertolyot olub. Əhali ərazidən təxliyə olunub.

 

Detallar araşdırılır.