Şəfəqə Doğru » Manşet » Deputat dövlət qulluqçularından şikayətləndi: Heç bir iş görmürlər

Deputat dövlət qulluqçularından şikayətləndi: Heç bir iş görmürlər

Deputat dövlət qulluqçularından şikayətləndi: Heç bir iş görmürlər

Bəzi müəssisələrdə işləyən dövlət qulluqçuları ümumiyyətlə heç bir işlə məşğul olmurlar.

Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev bildirib.

"Səhər gəlib otururlar kompüterin qabağında. Bəlkə də kompüter oyunları ilə məşğuldurlar. Bundan başqa, dövlət müəssisələrində işləyənlərin ştat məsələsinə də toxunmaq lazımdır. Bunlara minimal hədlər qoyulmalıdır. Qurum fəaliyyətə başlayır, daha sonra ştatın azaldıb artırırlar.

Elə yer var ki, 10-dan çox müşavir var. Nəyə lazımdır bu qədər say? Özünüz də bilirsiniz ki, müşavirlərin maaşları 3, 4, hətta 5 min manata yaxın olur. Belə olan halda say azaldılmalıdır” - deyə deputat şikayətlərini dilə gətirib.//Modern.az