Türkiyə Silahlı Qüvvələri “Pençe-Kilit” əməliyyatı çərçivəsində İraqın Zap bölgəsini böyük ölçüdə PKK terrorçulardan təmizləyib.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.
- Yaponiyada yaşayış kompleksindəki yanğında 4 nəfər ölüb
- Əfqanıstanda XİN yaxınlığında partlayışda 21 nəfər ölüb, 25 nəfər yaralanıb - YENİLƏNİB-1
- Cənubi Koreya Şimali Koreya PUA-larına atəş açıb
O qeyd edib ki, “Pençe-Kilit” əməliyyatı ilə İraq sərhədindəki 302 kilometrlik xətt təhlükəsiz vəziyyətə gətirilib.
“Əməliyyatda indiyədək 506 terrorçu zərərsizləşdirilib. “Pençe-Kilit” əməliyyatı çərçivəsində 600-ə yaxın mağara, sığınacaq, terrorçuların istifadə etdiyi 2 mindən çox mina və partlayıcı məhv edilib. Terrorçulara aid 1174 silah və 533 min 275 sursat ələ keçirilib”, - nazir vurğulayıb.