“2022-ci ildə Avropa İttifaqı ölkələrinə Ukrayna buğdasının idxalı 2021-ci illə müqayisədə 10 dəfə - 287 min tondan 2,85 milyon tona qədər artıb”.
Bunu Avropa Komissiyasının kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski bəyan edib.
Onun sözlərinə görə, bu, Avropa Komissiyasının dəstəyi ilə yaradılmış “Avropa həmrəylik xətləri” - Ukrayna ilə Aİ arasında quru və çay marşrutları sayəsində baş verib.
Ən böyük artım - 70 dəfədən çox - günəbaxan idxalında qeydə alınıb. 2021-ci ildə 25 min ton, 2022-ci ildə isə 1,8 milyon ton olub. Ukraynanın Avropa İttifaqına tədarük etdiyi əsas taxıl məhsulu olan qarğıdalı idxalı təxminən 75% artaraq 2021-ci ildəki 7,3 milyon tondan 2022-ci ildə 12 milyon tona yüksəlib.
“Təbii ki, bu, Avropa üçün problem deyil, ümumiyyətlə, biz bu həcmləri qəbul edib istifadə etmək iqtidarındayıq, lakin bu, qonşu dövlətlər üçün regional problemdir. Məhsulunu satmaqda çətinlik çəkən yerli fermerlərin problemini həll etməliyik”. (report)