Şəfəqə Doğru » Manşet » ABŞ şirkəti Ukraynaya 1 dollara qabaqcıl dronlar vermək istəyir

ABŞ şirkəti Ukraynaya 1 dollara qabaqcıl dronlar vermək istəyir

ABŞ şirkəti Ukraynaya 1 dollara qabaqcıl dronlar vermək istəyir

ABŞ-ın qabaqcıl zərbə və kəşfiyyat pilotsuz təyyarələri istehsalçıları Ukraynaya cəmi 1 dollara texnika satmağa hazır olduğunu elan ediblər.

Shafaqadogru.com APA -a isdinadən  xəbər verir ki, onlar Ağ Evi sazişi təsdiqləməyə çağırıblar.

“General Atomics Aeronautical Systems” Ukraynanı səmərəli “Reaper” pilotsuz təyyarələri ilə təmin etməyə çağırıb.

Şirkət qeyd edib ki, orta hündürlükdə uzun məsafələrə uça bilən bu pilotsuz təyyarələr Ukraynanın ehtiyac duyduğu mühüm texnoloji üstünlüklərə malikdir.

Şirkət Ukrayna hərbçilərinə pilotsuz təyyarələrlə işləməyi pulsuz öyrətməyi təklif edib. Bundan əlavə, “General Atomics” iki dronu, yerüstü idarəetmə stansiyası və digər avadanlıqlarla birlikdə simvolik məbləğə - 1 dollara bağışlamağa hazırdır.

Lakin, Ukrayna pilotsuz təyyarələrin daşınması və döyüş şəraitində istifadə xərclərini öz üzərinə götürməli olacaq.//APA