Kahramanmaraşda dağıntılar altında qalan 5 yaşlı Ayişə 7 saat sonra dağıntılar altından sağ çıxıb.
Shafaqadogru.com xəbər verir ki, səhər saatlarında baş verən zəlzələdə "Pazardzhik" rayon mərkəzindəki 7 mərtəbəli bina dağılıb.
Binada yaşayan 4 nəfərdən ibarət "Güneş" ailəsi də dağıntılar altında qalıb. Ailənin balaca qızı Ayişə dağıntılar altında sağ qalıb.
Xilasedicilər 5 yaşlı qızla danışaraq onu sakit saxlamağa çalışıblar. Balaca qız da xarabalıqların altından "Mən yaxşıyam" deyib.
7 saatdan sonra ailəsinə qovuşan qızcığaz xəstəxanaya aparılıb.
Leyla
Demokrat.az