Kahramanmaraşda dağıntılar altında qalan 5 yaşlı Ayişə 7 saat sonra dağıntılar altından sağ çıxıb.
Shafaqadogru.com  xəbər verir ki, səhər saatlarında baş verən zəlzələdə "Pazardzhik" rayon mərkəzindəki 7 mərtəbəli bina dağılıb.
Binada yaşayan 4 nəfərdən ibarət "Güneş" ailəsi də dağıntılar altında qalıb. Ailənin balaca qızı Ayişə dağıntılar altında sağ qalıb.
Xilasedicilər 5 yaşlı qızla  danışaraq onu sakit saxlamağa çalışıblar.  Balaca qız da xarabalıqların altından "Mən yaxşıyam"  deyib.
7 saatdan sonra ailəsinə qovuşan qızcığaz xəstəxanaya aparılıb.
Leyla
Demokrat.az 
5 yaşlı qız dağıntılar altından sağ çıxdı
7-02-2023, 10:56 440