Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana təşəkkür edib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Hər zaman olduğu kimi, ilkin olaraq Azərbaycandan kömək gəldi. Zəlzələnin ilk saatlarında Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə yardım göndərildi. Bununla yanaşı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mütəmadi olaraq mənimlə əlaqə saxlayır", - deyə Çavuşoğlu vurğulayıb.