Polşanın baş naziri Mateuş Moraveyski Ukraynadakı müharibədən danışıb.
Shafaqadogru.com NEXTA-ya istinadən xəbər verir ki, o, Rusiya ilə müzakirələrə qarşı olduğunu bildirib.
"Müharibənin dayandırılması üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqlara getmək lazım deyil. Mən bunun əleyhinəyəm. Rusiya terrorçu dövlətdir", - deyə o söyləyib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.