Gürcüstanın Dmanisi şəhəri (Borçalı bölgəsi) yaxınlığında zəlzələ olub.
Shafaqadogru.com"Sputnik Georgia"ya istinadən xəbər verir ki, yeraltı təkanın episentri paytaxt Tbilisidən 59 kilometr məsafədə yerləşib.
Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib və Rixter şkalası ilə 3.3 balla qiymətləndirilib. Silkələnmə Dmanisi ilə yanaşı, ətraf rayonlarda da hiss olunub.
İtki və dağıntılar barədə məlumat yoxdur.