İraqın paytaxtı Bağdadın şimalında ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin yerləşdiyi Taci hərbi bazasına minaatan mərmisi düşüb.
Shafaqadogru.com xəbər verir ki, mərminin İraq qüvvələrinin yerləşdiyi nəzarət-buraxılış məntəqəsi yaxınlığına düşdüyü bildirilib.
Hadisə zamanı ölən olmayıb. Hücum edənlərin yaxalanması üçün genişmiqyaslı əməliyyat başladılıb.
Yerli mətbuat İŞİD terror təşkilatının Bağdadın Tərmiyə qəsəbəsində İraq hərbçilərinə qarşı həyata keçirdiyi hücumda biri zabit olmaqla 4 nəfərin həlak olduğu, 6 əsgərin isə yaralandığını yazıb. Bundan başqa, 4 terrorçunun öldürüldüyü də qeyd olunub.