Şəfəqə Doğru » Manşet » Tofiq Musayev 1 milyonluq döyüşdə texniki nokautla uduzdu

Tofiq Musayev 1 milyonluq döyüşdə texniki nokautla uduzdu

Tofiq Musayev 1 milyonluq döyüşdə texniki nokautla uduzdu

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev növbəti mübarizəyə çıxıb.

Shafaqadogru.com xəbər verir ki, Musayev ABŞ-da keçirilən, mükafat fondu 1 milyon dollar olan Dünya Qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə rusiyalı Aleksandr Şabli ilə qarşılaşıb.

Döyüş zamanı təmsilçimiz qasıq nahiyəsindən zədə alıb və mübarizəni sona qədər davam etdirə bilməyib. Görüşün üçüncü raundunda xəsarət alan 34 yaşlı idmançı texniki nokautla uduzub.

Bununla MMA karyerasında 25-ci duelinə çıxan Musayev 5-ci məğlubiyyətini alıb.