Almaniyanın Maks Plank İnstitunun “Reviews of Geophysics” elmi jurnalında yayımlanan araşdırmada Türkiyə ilə bağlı təhlükəli proqnozlar verilib.
Modern.az xəbər verir ki, araşdırmaya görə, Şərqi Aralıq dənizi regionu və Yaxın Şərq yaxın vaxtlarda misli görünməmiş şiddətli hadisələrlə sarsılacaq.
Jurnal regionu iqlim dəyişikliyinin mərkəzi kimi qeyd edib. Bu ərazidə istiliyin beynəlxalq ortalamanın iki qatına çıxdığı vurğulanıb.
Türkiyə də daxil olmaqla, bölgədəki ölkələrin gələcək illərdə isti hava axını, quraqlıq, toz fırtınaları və leysan yağışları kimi problemlərlə üzləşəcəyinə diqqət çəkilib. Xüsusilə də, yaz aylarında misli görünməmiş istilərin yaşanacağı təxmin edilir.