Shafaqadogru.com BAKU.WS-ə istinadən xəbər verir ki, Adıyamanın Tut rayonunda bağçaya qurulan konteyner sel sularına qərq olub.
Nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfərin axtarış-xilasetmə işləri isə davam edir.
Şəhərdə araşdırmalar aparan daxili işlər naziri Süleyman Soylu sel fəlakətində həyatını itirənlər arasında 1,5 yaşlı uşağın da olduğunu bildirib:
“Hazırda 163 nəfərdən ibarət 10 qrup 25 kilometrlik zolaqda axtarış-xilasetmə işləri aparır, dalğıclar da var. Amma hava şəraiti və mövcud vəziyyət axtarışlara çox imkan vermir”.
Nazir, baş verən daşqınlar nəticəsində Şanlıurfada 12, Adıyamanda 2 nəfərin həyatını itirdiyini, ümumilikdə isə 5 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.