Şəfəqə Doğru » Manşet » Ərdoğandan "Bayraktar Kizilelma" PAYLAŞIMI

Ərdoğandan "Bayraktar Kizilelma" PAYLAŞIMI

Ərdoğandan "Bayraktar Kizilelma" PAYLAŞIMI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Twitter səhifəsində Bayraktar Kızılelma pilotsuz təyyarəsinin fotosunu yayıb.

Shafaqadogru.com xəbər verir ki, şəkildə Türkiyə prezidenti PUA-nın qarşısında dayanıb.

Ərdoğan həmçinin bildirib ki , Amerika tərəfinin hərəkətlərinə cavab olaraq tanınmamış Şimali Kipr Türk Respublikasında (ŞKTC) hücum pilotsuz uçuş aparatları (PUA) yerləşdirilib .

Prezidentin sözlərinə görə, İHA-ların, o cümlədən zərbə vuran pilotsuz təyyarələrin Kiprin şimalında yerləşdirilməsi ABŞ-ın Kiprə silah tədarükünə embarqonu ləğv edən hərəkətlərinə cavabdır .

O, həmçinin əlavə edib ki, Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri lazım gələrsə, adanın şimalına sürətlə çata bilər.