Şəfəqə Doğru » Manşet » “Tahir Kərimli xalqın sözünü məmurların üzünə deyir, cavab verə bilmirlər”

“Tahir Kərimli xalqın sözünü məmurların üzünə deyir, cavab verə bilmirlər”

“Tahir Kərimli xalqın sözünü məmurların üzünə deyir, cavab verə bilmirlər”

“Həyatım boyu istəmişəm ki, ədalət adlı günəş bəşərin, cəmiyyətin, xalqımızın üzərinə parlaq şəkildə düşsün. Lakin bu günəçin qarşısını çən, bulub alıb, imkan verməyib ki, xalq ədalət günəşinə qızınsın. Gəncliyimdən mübarizə aparmışam, cəmiyyət yaxşılığa doğru dəyişsin. Təəssüf ki, buna nail ola bilməmişəm. Demək olar, bütün filosoflar həyatının sonunda bədbinliyə qapılırlar. Çünki hər kəs gəncliyindən ədalət uğrunda vuruşur, amma əldə edə bilmir. Sonda məğlub olduğunu duyur, kədərli vəziyyətə düşür. Mən də eyni vəziyyətdəyəm”.

Shafaqadogru.com -un  xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli Pravda.az-a açıqlamasında bildirib.

“Bəşəri hərəkətə gətirən 3 qüvvənin olduğunu bilirəm: Zorun, zərin və sərin (intellekt) gücü. Şübhəsiz ki, zorda, zərdə ədalət ola bilməz. İntellektdə ədalət axtardım. Ədalət o qədər zəif oldu ki, cəmiyyət daim bunun ağrısını çəkdi. Heç zaman ədalət uğrunda mübarizədən geri durmadım, baxmayaraq ki, bu yolda daim şərləndim, böhtanlara məruz qaldım. Pulu olanalr məni gözdən saldı. Məsələn, Azərbaycanın himni haqqında Konstitusiya qanununun qəbulu zamanı çalışdım ki, himnimiz daha əzəmətli olsun. Elə təqdim etdiklər ki, guya himni dəyişmək istəyirəm. Himni Üzeyir Hacıbəyovun arzu etdiyi kimi görmək istəyirdim. Axı Azərbaycan Milli Elmlər Akademiyasının qərarı var ki, himnin müəllifi başqa şəxsdir. Müzakirələr zamanı cəmiyyəti köklədilər əleyhimə. Susmadım və geri durmadım. Prezident İlham Əliyevin 60 illiyində dedim ki, necə ki əjdaha suyun qarşısını kəsir, su içməyə qoymur, korrupsionerlər, rüşvətxorlar əjdaha kimi xalqın rifahının qarşısını kəsiblər, bunların başını kəsmək lazımdır. Bir neçə gün sonra mənzilimin qapısına əjdaha maketi qoydular, üstünə də yazdılar ki, bu əjdaha səni məhv edəcək. Etirazımı lağa qoydular, sanki əjdahanı mən qoymuşdum. Ay xalqım, sizdən ötrü demişdim onu. Tahir Kərimli xalqın sözünü məmurların üzünə deyir, məhkum edir, cavab verə bilmirlər. Bir neçə dəfə deyəndə sonra xalqın xeyrinə iş görürlər. Amma təbliğat əksinə gedir. Xalq niyə belə biganədir. Həyatımızı ədalət, mənəviyyat uğrunda mübarizəyə sərf etmişik. Təəssüflər olsun ki, pislik yaxşılığa qalib gəlir. Bilirəm ki, dövlətin xalqın rifahının yüksəldilməsi üçün imkanı var. Bu, dövlətin konstitusion borcudur. Mən bunun üçün çalışıram, amma sosial şəbəkələrdə əleyhimə yazırlar. Heç zaman özümü, ailəmi, yaxınlarımı düşünməmişəm, onları aclığa, işsizliyə vadar etmişəm. Kiçik bir mağazamın olmadığı halda, villalarımın olduğunu deyirlər. Halbuki rayona gedəndə daxma da tapmıram qalmağa, qardaş-bacının evində qalıram. Ürəyim xalqa məhəbbətlə doludur. Heç bir vəzifəyə, tərifə ehtiyacım yoxdur”, - T.Kərimli qeyd edib.