Media sahəsində qarşılıqlı fəaliyyət, kontent mübadiləsi iki qardaş xalqın – Qazaxıstan və Azərbaycan xalqlarının daha da yaxınlaşmasına mühüm töhfə verə bilər.
Shafaqadogru.com xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxışı zamanı deyib.
“Ona görə də danışıqlar zamanı Qazaxıstan telekanallarının Azərbaycanın kabel operatorlarının şəbəkələrində yayımı, o cümlədən animasiya filmlərinin yayımı ilə bağlı razılaşmaların həyata keçirilməsinin vacibliyi qeyd edilib”, – o bildirib.
Q.Tokayev, həmçinin vurğulayıb ki, bu gün həm də beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
“Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir çox aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelərdən çıxış edirlər”, – Qasım-Jomart Tokayev söyləyib.