Şəfəqə Doğru » Manşet » AKP və Ərdoğan seçkilərə bu şüarlarla gedir - Vurğu diqqət çəkdi

AKP və Ərdoğan seçkilərə bu şüarlarla gedir - Vurğu diqqət çəkdi

AKP və Ərdoğan seçkilərə bu şüarlarla gedir - Vurğu diqqət çəkdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) prezident və parlament seçkilərində namizədlərinin istifadə edəcəkləri loqo, afişa, broşür və şürları müəyyən edib.

Teleqraf.com xəbər verir ki, AKP-nin seçki bəyannaməsi və millət vəkilliyinə namizədlərinin təqdimatı bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq.

AKP seçkilərə “Türkiyə Əsri üçün doğru zaman - doğru addım” və “Doğru addımlarla yola davam” şüarları ilə gedəcək.

Namizəd broşürlərinin üzərində Prezident Ərdoğanın fotosu ilə yanaşı, bu sözləri yer alacaq:

“Qəlbimizdə inamı, ürəyimizdə cəsarəti, biləklərimizdə gücü, kürəyimizdə təri heç əskik etmədən, dayanmadan çalışacağıq. Bu ölkə üçün doğru işlər görəcəyik, doğru olacağıq”.

Digər bölmələrdə isə şəhərlərin və namizədlərin adları ilə bərabər fotoları yer alacaq. Ayrıca, broşürdə Türkiyə Əsrini təsvir edən mətnə də yer veriləcək.