Şəfəqə Doğru » Manşet » ŞƏMKİRİN TƏCİLİ YARDIM STANSİYASININ BAŞ HƏKİMİ RUSİYADA ƏYYAŞLIQ EDİB

ŞƏMKİRİN TƏCİLİ YARDIM STANSİYASININ BAŞ HƏKİMİ RUSİYADA ƏYYAŞLIQ EDİB

ŞƏMKİRİN TƏCİLİ YARDIM STANSİYASININ BAŞ HƏKİMİ RUSİYADA ƏYYAŞLIQ EDİB
Kürəkəni və həyat yoldaşı tərəfindən Azərbaycana gətirilən zaman, Akif Süleymanov alkoqolizmin son həddini yaşayırmış Dərc etdiyimiz yazılarda biz dəfələrlə Şəmkir rayonunun səhiyyə sistemində müşahidə olunan çeşidli neqativ hallara dair açıqlamalar təqdim etmişik. Bu barədə redaksiyamıza məlumat verən mənbələr də israrla bildirirlər ki, bu gün Şəmkirin hər bir poliklinika və ya xəstəxananın özünün yazılmamış qanunları mövcuddur. Həm də əksər hallarda bu qanunlara ölkə qanunları ilə müqayisədə daha böyük dəqiqliklə əməl olunur. Məhz elə bu səbəbdən də həmin tibb müəssisələrində rüşvətxorluq və digər korrupsiya halları baş alıb gedir. Xatırladaq ki, bu gün Şəmkirdə Mərkəzi xəstəxana, Doğum evi, Uşaq xəstəxanası, Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 qəsəbə və kənd xəstəxanası, 60-dan artıq tibbi məntəqə fəaliyyət göstərməkdədir. Lakin bu göstəricilər heç də rayonda səhiyyənin qənaətbəxş durumda olması anlamına gəlmir. Əksinə, redaksiyamıza daxil olan məlumatlarda da bildirilir ki, Şəmkirin səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Xüsusilə, təqdim olunan açıqlamalarda Şəmkir səhiyyəsinin ən zəif nöqtələrindən birinin məhz Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyası olduğu vurğulanır. Eyni zamanda da, bu barədə redaksiyamıza məlumat verən mənbə bu müəssisədə vəziyyətin son dərəcə bərbad duruma gəlməsinin səbəblərinə də aydınlıq gətirir. İlk növbədə məlumatda göstərilir ki, bu gün Şəmkir rayon Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyasına rəhbərlik edən baş həkim Akif Süleymanov bu vəzifəyə təyin olunana qədər təxminən 15-20 il Rusiyada yaşayıb. Amma necə yaşayıb? İddiaya görə, kürəkəni və həyat yoldaşı Pakizə xanım tərəfindən Azərbaycana gətirilən zaman, Akif Süleymanov alkoqolizmin son həddini yaşayırmış. Məhz elə bu səbəbdən də, qohumları onu dərhal Gürcüstana aparmış və orada fəaliyyət göstərən nevroloji dispanserlərdən birinə yerləşdirmişlər. Bu hadisələrdən cəmi bir il keçəndən sonra isə, Akif Süleymanov Şəmkir rayon Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyasının baş həkimi vəzifədinə təyinat alır. Görəsən bu necə olur? Mənbənin deməyinə görə, çox sadə. Belə ki, iddiaya görə, Akif Süleymanovun bu vəzifəyə təyinatı onun yaxınlarına kifayət qədər böyük məbləğə başa gəlmişdir. Bu məbləği alan isə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov olmuşdur. Amma Süleymanovlar həmin məbləği "çıxarmaqda” da aciz deyillər. Belə ki, baş həkimin Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyasından "qazandıqları” bir yana qalsın, həmçinin Pakizə xanım da bir müddət əvvəl açdığı aptekdə məhz həmin müəssisədən oğurlanmış dərmanların satışından külli-miqdarda gəlirlər əldə edir. Həmçinin aldığımız məlumatda bildirilir ki, Süleymanovlar ailəsinə bir müddət əvvələ qədər havadarlıq edən şəxs keçmiş MTN-nin əməkdaşı olmuş və sonradan intihar etmiş İlqar Əliyev olub. İddiaya görə İlqar Əliyev Süleymanovların yaxın qohumu olub. Bu ailəyə ən çox maddi dəstək göstərən isə, rayonda "Moskva Məhərrəm” kimi tanınan bir iş adamı olub. Daha sonra məlumatda Akif Süleymanovun müavini Ayaz həkim barədə maraqlı açıqlamalar təqdim olunur. Bildirilir ki, öz növbəsində Ayaz həkim də, Təcili Təxirəsalınmaz Tibbi yardım stansiyasında müavin vəzifəsindən başqa, həm də rayonda fəaliyyət göstərən uşaq TSEK-inə sədr təyin olunmaq üçün RİH başçısına böyük məbləğdə pul ödəməli olub. Bu gün isə, baş həkim və müavini bir çox kommersiya obyektlərinə, o cümlədən şadlıq evlərinə şərikli sahib ola biliblər. Həmçinin iddiaya görə, Afaq xanımın baş həkim olduğu "Vital” klinikası da əslində Akif Süleymanova və onun müavininə məxsusdur. P.S. Şəmkir səhiyyəsində müşahidə olunan problemlər barədə aldığımız məlumatlarda həmçinin rayonda fəaliyyət göstərən Doğum Evinin baş həkimi Maral xanımın da yarıtmaz fəaliyyətindən bəhs olunur. Bu barədə növbəti sayımızda ətraflı söhbət açağıq. Shafaqadogru.com gundelik-baku/- ya istinadən bildirir.
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.