Şəfəqə Doğru » Manşet » "Nədən Qərb Ukraynaya Rusiyanı tamamilə darmadağın etmək üçün silah vermir?.."

"Nədən Qərb Ukraynaya Rusiyanı tamamilə darmadağın etmək üçün silah vermir?.."

"Nədən Qərb Ukraynaya Rusiyanı tamamilə darmadağın etmək üçün silah vermir?.."
"Ukraynalı hərbçilər bu müharibənin hərəkətverici qüvvəsidir, öz dövlətinin müstəqilliyi uğrunda döyüşür..."
 
 
"ABŞ Rusiyanı asta-asta, amma maksimal cəhətdən zəiflətmək istəyir..."
 
 
ABŞ Ukrayna Silahlı Qüvvələrinin təcavüzkar Rusiya ilə mübarizədə əsas sponsorlarından biridir, lakin Qərb müttəfiqləri Rusiya Federasiyası ordusunu tamamilə darmadağın etmək üçün Ukraynaya silah verməyə tələsmir.
 
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov özünün videobloqunda yazıb. Məlumatı "ukr.net" nəşri yayıb.
 
Oleq Jdanov bunun nə ilə bağlı ola biləcəyindən danışıb.
 
Ekspertin sözlərinə görə, ukraynalı hərbçilər bu müharibənin hərəkətverici qüvvəsidir, onlar öz maraqları və öz dövlətinin müstəqilliyi uğrunda döyüşür.
 
Qərb tərəfdaşları yalnız
dəstəyini ifadə edir, lakin önların da öz maraqları var.
 
ABŞ-a gəldikdə, onların Ukrayna-Rusiya müharibəsinin aparılmasının öz ssenarisi  var və onlar Rusiyanı asta-asta, amma maksimal cəhətdən zəiflətmək istəyir.
 
Bunu isə dövlətin döyüş potensialının aşağı salınması hesabına etmək olar, bununla da indi Ukrayna Silahlı Qüvvələri məşğul olur.
 
Oleq Jdanov qeyd edib ki, ABŞ Rusiya diktatoruna öz hərbi potensialını tükəndirməyə imkan verir, bu, baş verəndə isə təcavüzkarın müdafiə sistemində kollaps yaranacaq və Ukrayna döyüş meydanında düşmən ordusunu darmadağın edəcək.
 
Bundan öncə xəbər verilib ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun sözlərinə görə, Rusiya "seysmik dəyişikliklər" astanasındadır və bunlar təkcə Ukraynaya qarşı müharibənin başa çatmasına deyil, dövlətin özünün parçalanmasına gətirib çıxaracaq.
 
Hazırda Rusiya əsas səylərini Ukraynanın şərqində cəmləşdirib, lakin düşmən ordusu orada əhəmiyyətli uğurlar qazana bilməyib, resurslar və şəxsi heyət qıtlığını nəzərə alsaq, hazırkı məqamda eyni zamanda bir neçə hücum əməliyyatı aparmaq iqtidarında deyil.
 
Xatırladaq ki, Ukrayna prezdenti Vladimir Zelenski bəyan edib ki, hücum əməliyyatlarına hazırlıq davam edir, hazırda dövlət tərəfdaşlarının vəd etdikləri silah tədarükünü gözləyir.