Şəfəqə Doğru » Manşet » “Qətl planı”: Ermənilər əsgərlərimizlə bağlı yalanları etiraf etdi - İLGİNC

“Qətl planı”: Ermənilər əsgərlərimizlə bağlı yalanları etiraf etdi - İLGİNC

“Qətl planı”: Ermənilər əsgərlərimizlə bağlı yalanları etiraf etdi - İLGİNC

Ermənistanın ombudsmanı Anait Manasyan dumanda azaraq bu ölkəyə keçən və ağır işgəncələrə məruz qalan əsgərlərimiz - Hüseyn Axundov və Aqşin Bəbirovla görüşüb. İddia edib ki, əsgərlərimiz “işgəncə və pis rəftardan şikayət etməyiblər”. Klassik erməni hiyləgərliyidir.

Ermənistan bununla əsgərimizə verilən işgəncəni “ört-basdır” etmək və “humanist imic” yaratmaq niyyətindədir.

Əsgər Hüseyn Axundov “qətl”də ittiham olunur. Digər əsgərimiz Aqşin Bəbirova qarşı da qondarma ittihamlar irəli sürüləcəyi istisna deyil. Ermənistan hakimiyyətinin məqsədi əsgərlərimizi cinayət məsuliyyətinə cəlb edərək, Bakıda həbsdə olan ermənilərlə dəyişdirməkdir.

Ermənilərin təbliğat maşını bu məqsədə nail olmaq üçün əsgərlərimizlə bağlı uydurmla iddiaların tirajlanması yarışına çıxıb. Hərçənd, öz iddialarını elə öz mənbələri təkzib edir.

Erməni şərhçi Samvel Hovhannisyanın məqaləsi bu kontekstdə xüsusilə diqqət çəkir.

“Ermənistana keçən azərbaycanlı əsgərlərdən biri Aqşin Bəbirov Sisian rayonunun Bnunis kəndində saxlanılıb. Gənc, hardasa evlərdən birinə girərək, mülki paltar götürsə də, heç də “bara girən, paltar və motosiklet tələb edən, sonra da hər kəsi döyən “terminator” deyil”. Onun əsgər yoldaşı Hüseyn isə iki gün dağlarda, meşələrdə gəzib, aprelin 13-də səhər saatlarında Qafanda mülki şəxslər tərəfində saxlanılıb. Azərbaycanlı əsgərlə çox sərt davranılıb, yerdə başını və qarnını təpikləyiblər, üzündə yaralar aydın görünür. Sonra onu polisə aparıblar və güman edirəm ki, polis bölməsində də onunla pis rəftar olunub”, - erməni şərhçi yazır.

S.Hovhannisyan əsgər Hüseyn Axundova qarşı irəli sürülən “qətl” ittihamının da uydurma olduğunu qeyd edir.

“Hüseyn Axundovun Zəngəzur mis-molibden zavodunun gözətçisinin qətlində əlinin olduğuna dair şübhələr var. Ümumiyyətlə bu ittiham, eləcə də azərbaycanlı əsgərlərin “diversant” olub-olmaması, dumanda itməsi, yaxud başqa məqsədlər üçün gəldiyi və digər məsələlərə “istintaq cavab verəcək” mövqeyindən yanaşmaq olar, lakin düşünürəm ki, bizim reallıqda istintaq hakimiyyətin ondan nə istədiyini deyəcək. Ona görə də təqsirsizlik prezumpsiyasını xatırlayaraq, şübhələri qeyd edəcəm. Axundovun tutulmasından əvvəlki axşamı xatırlayaq. Aprelin 12-də parlamentdə “hökumət saatı” zamanı baş nazir Nikol Paşinyan bildirdi ki, “iki azərbaycanlı hərbçi Sünikə (Zəngəzur) keçib”, o əmin etdi ki, “əsgərlərdən biri Azərbaycana qayıtmaq istəməyə bilər”, ikinci əsgərə (Hüseyn Axundova) gəlincə baş nazir “Ermənistanla sərhəd kədində fikrini dəyişdiyi və qayıtmaq istədiyini” elan etdi.

Suallar çoxdur.

Hüseyn əvvəlcə günahsız kimi təqdim edilir, amma bir gün sonra bildirirlər ki, “gözətçinin qətlində şübhəlidir”. “Əyləncə” bununla bitmir. Ermənistan İstintaq Komitəsi bildirir ki, “azərbaycanlı əsgərin Zəngəzur mis-molibden zavodunun işçisini öldürməsi ilə bağlı heç bir şübhə yoxdur”. Daha sonra isə media əsgərin üzərindən mobil telefonun tapılması iddiasını tirajlamağa başladı.

Bu nədir, qeyri-peşəkarlıq, yoxsa erməniləri ələ salmaq?!”, - müəllif yazır. Erməni şərhçi azərbaycanlı əsgərə qarşı işgəncələri amansızlıq adlandırıb.

Göründüyü kimi, Ermənistan hakimiyyəti azərbaycanlı əsgərlərə qarşı qondarma ittihamlar irəli sürsə də, erməni müəlliflərin özləri bu ittihamları de-şifrə edən faktlar açıqlayır.
 /