Daşnakların Ermənistan dövlətçiliyinin itirilməsi üçün hazırladığı sxem belədir: 1. Ermənistan Azərbaycanla yaxınlaşmağa doğru gedir; 2. Daşnaklar təxribat törədir; 3. Azərbaycanlılar cavab verir; 4. Ermənistan itkilər verir; 5. Paşinyan reytinqini itirir.
Shafaqadogru.com axar.az-a istinadla xəbər verir ki, bunu erməni bloger İşxan Verdiyan Feysbuk səhifəsində yazıb.
“Göründüyü kimi, sxemdə Paşinyanın heç bir halda reytinq qazanması mümkün deyil. Baş nazir kreslosundan gedəcək və onun yerini daşnak (rus agenti, başqaları yoxdur) tutacaq.
Bunun pis tərəfi odur ki, dövrün iterasiyalarından birində Azərbaycanın cavabı Ermənistan üçün dözülməz hala gələndə Paşinyan KTMT-ni köməyə çağıracaq. Bu zaman isə “əlvida, dövlətçilik” deyə bilərik.
Yəni Ermənistan heç bir çıxış yolu olmayan tələyə salınır”, - o bildirib.