Şəfəqə Doğru » Manşet » Nazirin bacısı oğluna görə borca düşən qadın həkim niyə həbs edildi? - TƏFƏRRÜAT

Nazirin bacısı oğluna görə borca düşən qadın həkim niyə həbs edildi? - TƏFƏRRÜAT

Nazirin bacısı oğluna görə borca düşən qadın həkim niyə həbs edildi? - TƏFƏRRÜAT
Azərbaycanda xanım həkim xeyli sayda insanı dövlət qurumlarında işə düzəldəcəyi ilə bağlı yalan vəd verərək külli miqdarda ziyan vurduğuna görə həbs edilib.

Shafaqadogru.com  Qaynarinfo-ya istinadən məlumatına görə, həkim bu işi Lənkəran şəhər Təhsil Şöbəsində psixoloq-metodist işləmiş, hazırda həbsdə olan Ramal Mirzəzadə adlı şəxslə törədib.

Belə ki, ali təhsilini Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsində alan, 1990-cı ildə həmin təhsil ocağının məzunu olan, həmin vaxtdan Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası həkim vəzifəsində işləyən 1966-cı il təvəllüdlü Təranə Hüseynova (şərti) 2009-2019-cu illər ərzində Lənkəran şəhər Təhsil Şöbəsində psixoloq-metodist vəzifəsində çalışan 1981-ci il təvəllüdlü Ramal Mirzəzadə ilə əlbir olaraq, müxtəlif şəxsləri işə düzəldəcəyinə dair yalan vədlər verməklə külli miqdarda ziyan vurub.

Hər iki şəxs işlədikləri dövrlərdə 20-dən çox şəxsi Xarici İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Bakıda və rayonlarda müxtəlif məktəblərə, bağçalara müəllim, direktor vəzifələrinə düzəldəcəyinə inandıraraq, hər birindən 2-50 min manat aralığında pul alıblar.

Nazirin bacısı oğluna görə borca düşən qadın həkim niyə həbs edildi?

Ramal Mirzəzadə

Təranə Hüseynova bu əməli törətməsinə səbəb kimi İranın neft nazirinin bacısı oğlu Muhəmməd ilə aralarında baş tutmayan bitum ticarətində düşdüyü borc olduğunu göstərib. Belə ki, həkim tanışı Zenur Həsənovla birlikdə İranla bitum məsələsində ticarət əlaqələrinin qurulmasını istəyiblər. İranın neft nazirinin bacısı oğlu Muhəmməd adlı şəxs onlara ticarət əlaqələrinin qurulmasına razılıq verib. Bunun üçün həkim Zenur Həsənovu əvvəlcə İrana göndərib. Daha sonra iranlı nazirin bacısı oğlunu Bakıya dəvət edərək, razılıq əldə etmək istəyiblər və bu iş müxtəlif səbəblərdən baş tutumayıb.

Külli miqdarda borca düşdüyünü deyən həkim insanları işə düzəltmək adı ilə pul qazanmaq fikrinə düşdüyünü bildirib. Bu işdə ona Ramal Mirzəzadə də dəstək olub.

Məhkəmənin qərarı ilə Təranə Hüseynova (şərti) barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, məhkəmə zalında həbs edilib. Onun barəsində son olaraq 2 il 5 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Həkimin cəza müddəti 2023-cü il 20 aprel tarixindən hesablanıb.

Ramal Mirzəzadə 2 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəza müddəti 18 noyabr 2021-ci il tarixdən hesablanıb.