Şəfəqə Doğru » Manşet » Hansı banklar kredit vermir? - siyahı

Hansı banklar kredit vermir? - siyahı

Hansı banklar kredit vermir? - siyahı
Banklar pul satan müəssisələrdir. Onların əsas gəlirləri pul ilə bağlı xidmətlərdən formalaşır.

Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatıdır.

Ən sadə dil ilə desək, bank depozit cəlb edən və kredit verən təşkilatdır.

Banklar haqqında ilkin məlumatlardan da aydın olduğu kimi, bankların təməl funksiyalarından biri müştərilərə müxtəlif növ kredit məhsulları təklif etməkdir.

Lakin, hazırda ölkəmizin bir sıra bankları bu fəaliyyətlərini dayandırıblar. Artıq bir neçə aydır ki, bu banklara kredit əldə etmək üçün müraciət edən müştərilər bankı əliboş tərk etməli olurlar. Banklardan aldığımız məlumat əsasında məlum oldu ki, onların təxminən yarısı istehlak kreditinin verilişini tamamilə dayandırıb.

Hal-hazırda istehlak kreditinin verilişini dayandıran 10 bank bunlardır:

AGBank
Amrahbank
ASB Bank
Bank Respublika
Muğanbank
NBC Bank
Nikoil Bank
VTB Bank Azərbaycan
Xalq Bank
Ziraat Bankı

Sözügedən bankların məlumat mərkəzləri ilə əlaqə yaradaraq bunun səbəbini soruşduqda, müxtəlif açıqlamalar eşitdik.

Bəzi banklar kredit şərtlərində yenilənmə prosesi olduğuna görə, kredit verilməsinin müvəqqəti olaraq dayandırıldığını dedi.

Bəzi banklar hal-hazırda yeni məhsulların hazırlandığını və bunun üçün kreditlərin rəsmiləşdirilməsinin müvəqqəti olaraq dayandırıldığını, bəziləri isə bankdaxili qaydalarla əlaqədar olduğunu və yaxın müddətdə bərpa olunacağını bildirdi. 
Shafaqadogru.com İstiqlal.orqa istinadən bildirir.