“Rusiya Ukraynanın işğal olunmuş ərazilərinə nəzarət etmək üçün hərbçi tapa bilmir. Söhbət “Rosqvardiya”dan gedir”.
Shafaqadogru.com Qərb mətbuatına istinadla xəbər verir ki, Pentaqonun mətbuata sızdırılmış məxfi sənədlərində belə deyilir.
Ətraflı
Məlumatda bildirilir ki, işğal altındakı əraziləri nəzarətdə saxlamalı olan “Rosqvardiya” çoxsaylı itkilər səbəbindən öz birbaşa funksiyalarının öhdəsindən gələ bilmir.
Sənəddə göstərilir ki, ötən ilin avqustunda Ukraynada 27.500 “Rosqvardiya” hərbçisi olub. Lakin ərazidə patrul nəzarətini yerinə yetirməli olan “rosqvardiyaçılar” döyüş əməliyyatlarına cəlb olunduqları üçün xeyli sayda itkilər veriblər. Bu səbəbdən sözügedən birləşmə hazırda işğal olunan ərazilərə nəzarət edəcək heyət çatışmazlığından əziyyət çəkir.