Şəfəqə Doğru » Manşet » Daş Salahlı kəndində nə xəstəxana nə də, məntəqə hazırdır.

Daş Salahlı kəndində nə xəstəxana nə də, məntəqə hazırdır.

Daş Salahlı kəndində nə xəstəxana nə də, məntəqə hazırdır.

            

     Bu günlərdə redaksiyamıza Qazax rayon Daş Salahlı kənd sakinləri tərəfindən intensiv olaraq,şikayət dolu müraciətlər daxil olmaqdadır.Müraciətdə kəhd sakinləri yaxın günlərdə etiraz aksiyası keçirməyi planlaşdırır.Və bu  günlərdə ölkə  prezidentinin  Qazax rayonuna gəlişi gözlənilir.Kənd sakinləri prezidentin rayonda olduğu gün ona şikayyət məktublarını çatdırmağa da, hazırlaşırlar.Səbəb də, odur ki,kəndin böyük problemləri var.Bunlardan biri kəndin yollarının bərbad halda olması məsələsidir ki,bu problem illərdir ,öz aktuallığını saxlamaqdadır.

   İkincisi hər zamankı kimi su problemi mövcuddur.

  Üçüncüsü isə ,bu gün ən aktual problem kənddə nə xəstəxana nədəki,tibb məntəqəsi fəaliyyət göstərmir.Dolayısı ilə məntəqə var fəaliyyəti yozdur.

     Xəstəxana ona  görə yoxdur ki,3-4 il bundan öncə Səhiyyə naziri  kəndlərdəki xəsdəxanaların ləğv edilib ,ixtisarlar aparılıb ,məntəqə kimi fəaliyyət göstərməsinə sərancam verib.Amma bilmirəm cənab nazir O.Şirəliyevin nəzərinə çatdırılmayıbmi ki,Qazax rayonunun Daş Salahlı kəndinin düz on min sakini və beş min üç yüz civarında seçicisi, üzdən iraq Ermənistanla 7-8 km-lik  məsafədə  sərhəddə yerləşir. Hələ onu demirəm ki, Akord sement zavod ,Gil kombinatı ,Gilan Holdinq ,Ata Holdinq ,yaxın günlərdə inşası başa çatmaqda olan "Mətanət " əhəng zavodu ,onlarla daş karxanaları  və digər sənaye müəsisələri   həmin kəndin  ətrafında fəaliyyət göstərir. Yaxın keçmiş yəni,  bir neçə  ay öncə Azərbaycan KİV-də ölkəmizdə üç böyük kəndə ,o cümlədən Daş Salahlı  kəndinə şəhər statusu verilməsi  barədə Azərbaycan Elmlər Akademiyası  tərəfindən Azərbaycan prezidentinə  layihə təqdim olunub.Bəzi mənbələrin məlumatına görə, Daş Salahlı kəndinə qəsəbə statusunun verilməsi ölkə prezidenti tərəfindən  reallaşmaq üzrədir. Respublikanın səhiyyə naziri  cənab  O. Şirəliyevin  nəzərinə qəzetimiz vasitəsi ilə onu da çatdırmaq istəyirik  ki,Daş Salahlı kəndinə bir xəstəxana bəs eləmədiyi  halda həmin kənddə bu gün məntəqə də  xoşa gəlməz vəziyyətdədir.

   Qeyd edim ki,2015-ci il dekabr ayının ortalarında Daş Salahlı kəndində Yaponiya səfirliyinin təşəbbüsü və maliyə yardımı ilə inşa etdirdiyi məntəqənin açılışı oldu.Açılış Yaponiyanın ölkəmizdəki səfiri və RİH-nin sabiq  başçısı A. Əsgərov  başda olmaqla rayon və Daş Salahlı kənd içtimayyətinin iştirakı ilə gerçəkləşdi.Lakin, dörd- beş  ay   tibb məntəqəsinin işçiləri köhnə xəstəxanadan təzə tikilmiş tibb məntəqəsinə  köçmək hazırlığında və  əhvalı ruhiyyəsində qaldılar.Amma hələ də köçə bilmədilər.Sən demə məntəqəyə birləşdirilmiş qaz və su xəttləri gözdən pərdə asmaq üçün müvvəqəti  plastik borularla birləşdirilibmiş. Baxın xarici ölkənin tikdirdiyi içində doğum çarpayısından tutmuş bütün ləvazimatları yerləşdirildiyi  məntəqənin öz ölkəmizdə rayonun səhiyyə şöbə müdiri Arzu Novruzovun dediyinə görə ,adiyyatı təşkilatlar tərəfindən texniki şərtlər verilmir. Çünki ,həmin təşkilatlara (yəni başda FHN olmaqla qaz,elektirik və s)rüşvət verilməlidir ki,o da heç  kimin maraq dairəsində deyil.Beləcə də biçarə məntəqə hələ fəaliyyət göstərmək iktidarında deyil .

   Səhiyyə şöbəsinin müdiri  isə, yaxın gələcəkdə  hər şey qaydasına düşəcək deyir. Yaxın gələcək isə ,bitəcək kimi görünmür.Mən isə deyirəm "heyf yaponların zənninə və çəkdiyi xərcə ".Yaponlar bilsəydi  heç pullarını havaya sovurmazdı.Daş Salahlı kənd cammatı isə nəinki ,məntəqənin işə düşəcəyini hətta,əvvəlki xəstəxananın əsaslı təmir olunub tezliklə xəsdəxana kimi fəaliyyət göstərəciyinə  ümid edir. Arzuları  çin olsun .

  Amma Daş Salahlı kəndinə də deyən gərək ,ay binəvalar heç üç ildir ki, Qazax rayonunun mərkəzi xəstəxanası yoxdur .Onun haqqında düşünən,deyən  varmı ki,ay cənab O.Şirəliyev bu boyda rayonun niyə mərkəzi xəstəxanası yoxdur? Əgər  təzəni  tikə bilməyəcəkdinizsə ,kimin sözünə baxıb, heç bir eybi olmayan mərkəzi xəstəxananı sökdürdünüz? Sökdürdünüz bəs yerinə təzəsini niyə tikdirmirsiniz?Bütün bunlara baxmayaraq,bir ildə  Qazax rayon səhiyyə şöbəsi tərəfindən 2015-ci il ərzində  bir milyona yaxın müxtəlif adlarla ,müxtəlif təşkilatlara vəsait köşürülüb,nəqdləşərək,talan olunub.Heç bunu soruşan yoxdur ki,mərkəzi xəstəxanası olmayan bir şöbədən bu qədər vəsait hara xərclənib?Bu qədər vəsaitdən Daş Salahlı kənd xəstəxanasının təmirinə də bir az pul ayırsanız günahmı etmiş olardınız deyən yoxdur.

 Ümid bir ona qalıb ki,Qazax rayonuna yeni təyin olunmuş İHB-sı Rəcəb Babaşov bu işin əncamını qılacaq.Bu da yaxın gələcəkdə olacaqmı hələ bilinmir?

  Çünki,Rəcəb Babaşov təyin olunduğu gündən nə qədər çalışırsa Qazax rayonunda  neçə illərdir ,üst-üstə  yığılmış ağır problemlərini çözmək üçün gecə-gündüz çaba göstərsədə yenə də problemlər bitmək bilmir .Amma düşünürük ki,Daş Salahlı böyüklükdə kəndin bu gün də , tibb məntəqəsində  elektirik və qazın olmaması və bir il müddətində istifadəyə verilməsi üçün ,təm –təraqlı açılış tədbiri olmasına baxmayaraq,hələ də, texniki şərt belə ala bilməməsi ağıla sığmazdır.Yenə də,Daş Salahlı kənd sakinləri ümüdini  rayon İHB-sı Rəcəb Babaşova bağlayıb.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin fikrini də dərc etməyə hazırıq.

                                                                                                  Neymət  Novruzlu.