Birləşmiş Ərəb Əmirliklərinin səhralarında pilotsuz uçuş aparatlarından istifadə ilə süni yağış texnologiyası sınaqdan keçirilib.
Azpost.info xəbər verir ki, tədqiqat zamanı bu üsul özünü doğruldub.
Sınaqlar 50 dərəcə temperaturda aparılıb. Bu üsul yağış yağdırmağa kömək edən dronların istifadəsinə əsaslanır. Belə ki, sınaqlar zamanı dronlar buludlara elektrik cərəyanı ilə zərbə vurub.
BƏƏ səhralarda həddindən artıq istilərlə mübarizə üçün bu üsulu tətbiq etməyi planlaşdırır.