Şəfəqə Doğru » Manşet » Saxlanılan şəxsin şöbədə halı pisləşdi, xəstəxanada öldü

Saxlanılan şəxsin şöbədə halı pisləşdi, xəstəxanada öldü

Saxlanılan şəxsin şöbədə halı pisləşdi, xəstəxanada öldü

Şirvan Şəhər Polis Şəbəsində (ŞPŞ) halı pisləşən şəxs xəstəxanada ölüb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, mayın 30-da Şirvan ŞPŞ-nin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Samir Əbdülrəhmanov saxlanılıb.

Ondan 5 kq-dan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi qaldırılıb.

Bu gün narkotik aludəçisi S.Əbdülrəhmanov saxlama yerində qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılaraq xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi səylərə baxmayaraq o, xəstəxanda ölüb.

Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.