04 iyul saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən ADY-nin Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb.
Shafaqadogru.com səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməmişdir.
Hazırda yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.