Şəfəqə Doğru » Manşet » Qəzada öldü, üstündən başqa maşın da keçdi

Qəzada öldü, üstündən başqa maşın da keçdi

Qəzada öldü, üstündən başqa maşın da keçdi

Bakıda avtomobil qadını vuraraq öldürüb.


“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 3-də saat 21:35 radələrində Xocasən-Meyvəli yolunda qeydə alınıb.

Belə ki, Paşa Əsgərov idarə etdiyi “Daewoo Gentra” markalı avtomobillə hərəkətdə olarkən naməlum sürücü tərəfindən vurulan qadın meyitinin üstündən keçib.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb. Qadını ilk olaraq hansı avtomobilin vurması araşdırılır.