Dərman satışı sahəsində də qara bazar mövcuddur.
Shafaqadogru.com Xəzər TV-yə istinadən xəbər verir ki, burada daha çox qıt olan və qiyməti baha dərmanlar satılır.Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Vüqar Bayramov deyir ki, “Dərman vasitələri haqqında” Qanuna dəyişiklik edilməsi gözlənilir ki, bu da həmin dərman vasitələrinin daha ucuz və bütün apteklərdə satıla bilməsi üçün maneənin aradan qaldırılmasına səbəb olacaq.
Deputat deyir ki, xüsusən də tapılması çətin olan və buna görə də qara bazarda baha satılan dərmanların rahat və ucuz əldə edilməsi üçün üçün yerli istehsalın təşkil edilməsinə ehtiyac var.
Qeyd edək ki, sabah Milli Məclisin Səhiyyə komitəsinin iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirə olunacaq.