Xəbər verdiyimiz kimi, dünən Xankəndində bir qrup separatçı-terrorçu, revanşist xislətli hayk guya “blokada”nı aradan qaldırmaq məqsədi ilə Laçındakı sərhəd-buraxılış məntəqəsinə tərəf yürüməyi xəyal edib. etiraz aksiyasının iştirakçıları
Shafaqadogru.com moderator.az-a istinadla xəbər verir ki, əvvəlcə separatçılar baş separatçı Arayik Arutyunyanın iqamətgahına doğru yürüş ediblər. Onlar bəyan edirlər ki, onların yeganə tələbi Laçından Ermənistana yolun açılmasıdır.
Aksiyanın təşkilatçısılarından biri- qondarma “inqilab partiyası”nın sədri Artur Osipyan çıxışında həyasız hədələrlə çıxış edib:
“Biz on minlərlə insanla Laçındakı körpüyə getməliyik. Amma ora getmək üçün yanacaq və təhlükəsizlik lazımdır. Bunların hər ikisini ruslardan tələb etməliyik. Deməliyik ki, biz 10 min nəfərlə Mets Şenə(Şuşa rayonunun Böyük Qaladərəsi kəndi-S.L.) getmək istəyirik və siz bizim təhlükəsizliyimizi təmin etməyə borclusunuz. Birdən ruslar bunu etməsə, biz nə edəcəyik? Bunun da cavabı var; hava limanına giririk, türkləri oradan qovuruq, hava limanını öz nəzarətimizə götürürük, rusların təchizatını dayandırırıq. Bizim tədarükümüz yoxdursa, onlar da yoxdur. O aeroportda ancaq türklər var və rusları yoxlayırlar. Yəni bizim hava limanında türklər rusu yoxlayır, biz rusu yoxlaya bilmərik?
Yeri gəlmişkən, bizim rus sülhməramlılarına münasibətimiz lazımsız söhbətlər olmadan adekvat və düzgün olmalıdır. Hüquqi məsələlərdən danışacağıq, sualları konkret qoyacağıq. 9 noyabr(10 noyabr-S.L.) bəyanatına görə rusların üzərinə öhdəliklər düşür və biz onun çərçivəsində danışacağıq. Əgər bizi qorumasalar, biz də onların təchizatını kəsəcəyik... Necə deyərlər, bir gün ac qalacaqlar, bir həftədən sonra bezəcəklər, bir aya isə ağıllanacaqlar... Yox, mübarizəmizi dəstəkləməsələr, onlara problem yaratmağa başlayacağıq”.
Artur Osipyanın sözlərinə görə, “rayon”lardan çox adam hərəkata qoşulmaq istəyir, lakin onların nəqliyyatı yoxdur. “Biz hakimiyyət orqanlarından tələb etməliyik ki, bu insanlar Stepanakertə gəlsinlər və etiraz səslərini ucaltsınlar.
Artur Osipyan bugünkü “vəzifə”lərə toxunaraq deyib: “Bu gün biz nəsə edə bilərik, gedək prezidentliyə, qoy Araik Arutyunyan və ya başqa nümayəndə enib desin: bəli, biz sizin tələbinizi yerinə yetiririk, çünki bu, qanuni tələbdir. Nə qədər lazımdırsa, dayanacağıq. Biz “ölümünə” dayanmalıyıq, başqa çarəmiz yoxdur.
On minlərlə adam Qarabağa gedib körpünün üstündə dayansa, İrəvandan da gələcəklər. Amma biz buradan başlamayana qədər erməni milləti ayağa qalxmayacaq. Biz burda ayağa qalxmalıyıq, ora getməliyik, ondan sonra 30 min Qarabağdan gələcək, üç milyon Ermənistandan gələcək, dünyanın hər yerindən ermənilər ayağa qalxacaq və o halda 10 milyonla türkləri əzəcəyik. İndi biz prezident aparatına gedirik, müsbət cavab verməsələr, bu türklərlə necə davranacağımıza qərar verəcəyik”.
Bundan sonra yürüş iştirakçıları Arayikin iqamətgahına doğru hərəkət edib. Qərara alındı ki, bu gün üçün kifayətdir, sabah yenə həmin yerə toplaşacaqlar.
Son məlumata görə, Arayik və qondarma”dövlət naziri” Qurgen Nersisyan aksiya iştirakçılarının nümayəndələrini qəbul ediblər. Sonra Qurgen onların qarşısına çıxaraq tələblərində haqlı olduqlarını, lakin iyulun 15-16-da Brüsseldə gözlənilən üçtərəfli görüşün nəticələrini gözləməli olduqlarını və həmin görüşlərdə “blokada”nın aradan qaldırılması üçün tədbirlər görüləcəyini bəyan edib.
Etirazçılar bununla razılaşaraq dağılışıblar.