Şəfəqə Doğru » Manşet » Separatçıların dünən Əsgəran-Ağdam yolundakı təxribatının videosu yayıldı...-VİDEO

Separatçıların dünən Əsgəran-Ağdam yolundakı təxribatının videosu yayıldı...-VİDEO

Separatçıların dünən Əsgəran-Ağdam yolundakı təxribatının videosu yayıldı...-VİDEO
Xəbər verildiyi kimi, dünən – iyulun 18-i saat 14:45-də Azərbaycan Respublikası Xocalı rayonunun müvəqqəti(!) olaraq Rusiyanın nəzarətində  və separatçı-terrorçu rejimin idarəçiliyində qalan Əsgəran qəsəbəsindəki hayklar “artsaxın təhlükəsizlik və inkişaf cəbhəsi” üzvlərinin təşkilatçılığıyla Ağdam yolundakı “Qələbə tankı” üzdəniraq abidə kompleksinə yürüş ediblər. Daha sonra xəstə təxəyyüllü separatçı-revanşistlər Ağdamdan keçən yolun açılması "artsax"ı düşmən qapısına aparmaq deməkdir" söyləyərək Ağdam-Əsgəran yolunda barrikada qurmaq qərarına gəliblər. Son nəticədə hayklar həmin yolu beton plitələrlə bağlayıblar...
 
Shafaqadogru.com  xəbər verir ki, gecə saatlarında Mamul.am saytı haykların bəhs edilən təxribatını əks etdirən video-görüntüləri yayımlayıb.
 
Bəhs edilən videoda separatçı-revanşistlərin Azərbaycan dövlətinin suvernenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş çıxışları öz əksini tapıb.