Şəfəqə Doğru » Manşet » “Putinin yerinə Ərdoğanın Rusiyadakı məxfi agenti keçə bilər...”-Siyasi strateq -VİDEO

“Putinin yerinə Ərdoğanın Rusiyadakı məxfi agenti keçə bilər...”-Siyasi strateq -VİDEO

“Putinin yerinə Ərdoğanın Rusiyadakı məxfi agenti keçə bilər...”-Siyasi strateq -VİDEO
“Mənə elə gəlir ki, bu duet lazım gəldikdə situasiyanı idarə etməyə qadirdir...”- Siyasi strateq
 
Rusiyalı siyasi strateq, Putin tərəfindən aradan götürülmüş keçmiş Təhlükəsizlk Şurası katibinin müavini və məşhur milyarder Boris Berezovskinin şəxsi məsləhətçisi olmuş Mixail Şeytelman Rusiya Federasiyası Təhlükəsizlik Şurasının hazırkı katibi Nikolay Patruşevin Ukrayna üçün Rusiya prezidenti kürsüsündə növbəti “problem” olması ehtimalını istisna edib. O, hesab edir ki, rusiyalı biznesmen Roman Abramoviç müxalifət lideri Mixail Xodorkovski ilə duetdə Vladimir Putinin postunu tuta bilər. Bu halda Abramoviç “lider”, Xodorkovski isə onu Qərbdə “leqallaşdıra” biləcək qüvvə olacaq.
 
Shafaqadogru.com xəbər verir ki, “UNİAN”ın yaydığı məlumata görə, bu fikirləri Şeytelman “Arqument” proqramının efirində deyib.
 
“…Abramoviç-Xodorkovski duetini görürəm... Yaxşı, son çevriliş zamanı (Priqojinin üsyanı – "UNİAN") həqiqətən kimlər özünü dövlət adamı kimi göstərdi. İki nəfər. Moskvadan qaçmaq əvəzinə, Moskvaya gedən Abramoviç... Və illər sonra ilk dəfə... O, həmişə ancaq Qərbdə yaşayıb və birdən adam uçub Moskvaya gedir... Sanksiyalardan uzaqlaşmağa çalışan hər kəs nümayişkaranə və gizli olmaqla hər cür hərəkətlər edir...”
 
Yazıçının sözlərinə görə, "Vaqner" yaradıcısının üsyanından sonra rusiyalı milyarder Moskvada tez-tez görünməyə başlayıb. 
 
Şeytelman Abramoviçin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məxfi agenti olduğunu istisna etmir: "Ərdoğanın casusu kimdir? Abramoviç deyilmi? Şəxsən mənim üçün, hə... Abramoviç indi real gücdürmü? Mən  hesab edirəm ki, bəli", -  deyə o, qeyd edib.
 
Siyasi strateq hesab edir ki, Rusiyaya üç komponentdən ibarət “lider” lazımdır: siyasi tələblərlə, hansısa ciddi hərbi birləşmənin dəstəyi ilə, həmçinin ən azı milyard dolları olan. 
"Abramoviçin onlardan ikisi var və Rusiya ordusundakı problemləri nəzərə alsaq, onun üçün hərbi dəstək tapmaq o qədər də çətin deyil",- yazıçı belə deyir.
 
"Bir general Popovu (iyulda vəzifəsindən uzaqlaşdırılmış Rusiya Federasiyasının 58-ci Ordusunun komandiri - "UNİAN)" inandırıb ələ alsanız, o, sizə növbəti generalı gətirəcək. Onlar artıq 70 min olacaq… Həm də sizə bir neçə milyard dollar lazımdır. Onlarsız sizə heç bir inqilaba başlamağı məsləhət görmürəm.  Və bütün bunların hamısı Abramoviçdə var. Eyni zamanda onun bütün Rusiyaya yayılmış çox sayda casusu da var”, - deyə Şeytelman vurğulayıb.
 
"Xodorkovski var ki, o,  istənilən şəxsi leqallaşdırmağa qadirdir, başa düşürsüz? O, Rusiya müxalifətində Qərbdə resursu olan yeganə şəxsdir. O, on ildən artıqdır ki, bununla məşğuldur və Qərblə əlaqələr qurub. Onu Münhen Təhlükəsizlik Konfransında Rusiya Federasiyasını təmsil etməyə dəvət edirlər... Onun kiminləsə kompromisə getmək problemi  də yoxdur... Mənə elə gəlir ki, bu duet - Abramoviç və Xodorkovksi lazım gəldikdə situasiyanı idarə etməyə qadirdir”-deyə siyasi strateq yekunlaşdırıb.