Şəfəqə Doğru » Manşet » Prezident Qazaxa gəldi. - Fotolar - Yenilənib

Prezident Qazaxa gəldi. - Fotolar - Yenilənib

Prezident Qazaxa gəldi. - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.

Shafaqadogru.com  xəbər verir ki, dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub.

***

Prezident İlham Əliyev Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

***




Prezident İlham Əliyev Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.



***

Prezident İlham Əliyev Qazaxda “Venzana” mebel fabrikinin açılışında iştirak edib.

***

Prezident İlham Əliyev “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.