Məlum olduğu kimi, Los-Anceles erməniləri bir neçə gündür ki, Qarabağ ətrafında qurulmuş “humanitar yardım” şousuyla əlaqədar “Laçın dəhlizinin blokadasına son qoymaq” kimi qondarma tələblərlə etiraz aksiyaları təşkil edirlər. Ayrıca onlar ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndəsi Adam Şiffdən Ermənistana getməsini və Qarabağ “ətrafında yaranmış vəziyyət barədə beynəlxalq ictimaiyyəti şəxsən məlumatlandırmasını” tələb edirlər.
Shafaqadogru.com moderator.az-a istinadla xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, hazırda hayklar Kaliforniya ştatının Qlendeyl şəhərindən Burbank şəhəri istiqamətinə sirenlərlə avtomobil yürüşü keçirir, hərəkəti iflic edirlər. Onların maşınlarında Ermənistan bayrağı və Xankəndindəki separatçı-terrorçu rejimin əski parçaları var. Etirazçılar həmçinin “Həyat yolunu aç”, “Artsaxda soyqırımı dayandır”, “Adam Şiff, bizi görməməzlikdən gəlmə” yazıları olan plakatlar qaldırıblar.
Qlendeyl-Burbank avtomobil yolunu bağlayan hayk fəallar ABŞ konqresmeni Adam Şifflə görüş tələb ediblər.
Qeyd edilir ki, artıq 4 gündür ki, Amerika erməniləri aksiyalar keçirirlər.
Bu arada “Hraparak”ın yaydığı son məlumata görə, Adam Şiff cümə günü, yəni sabah Amerikadakı hayk etirazçıları qəbul etməyə razılıq verib.