Şəfəqə Doğru » Manşet » Dağıstanda 3 günlük matəm elan olundu

Dağıstanda 3 günlük matəm elan olundu

Dağıstanda 3 günlük matəm elan olundu

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin xatirəsini yad etmək məqsədi ilə Dağıstan Respublikası ərazisində 3 günlük matəm elan edilib.

Shafaqadogru.com  
xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Avqustun 14-də Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub. Hadisə nəticəsində ölənlərin sayı 27-yə çatıb, 102 nəfər hospitala yerləşdirilib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, iki nəfər və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.